"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirilmişdir

--2016-11-25 / 15:37

24-25 noyabr tarixlərində Binəqədi Gənclər Evində “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirilmişdir. Bu barədə daxil olan məlumatda bildirlir ki, keçirilən təlimdə Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları Leyla Kərimova, Emil Lətifov, Binəqədi rayon Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” adlı layihənin rəhbəri Cəmilə şirinova, təlimçi, Azsığorta şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin bölmə rəhbəri Elxan Novruzov, rayon sahə inzibati dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin və MKTB-nin səhifə adminləri, Rayon icra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri və YAP-nın fəal gəncləri iştirak etmişdirlər.


Binəqədi rayon icra Hakimiyyətinin, Rayon Gənclər və idman idarəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən təlimdə çıxış edənlər Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları Leyla Kərimova, Emil Lətifov, Binəqədi rayon Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” adlı layihənin rəhbəri Cəmilə şirinova mövzunun əhəmiyyətinin vacibliyini diqqətə çatdırmışlar. 
Daha sonra təlimçi, Azsığorta şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin bölmə rəhbəri Elxan Novruzov sığortanın tarixi, Azərbaycanda Sığorta fəaliyyəti və sığorta bazarı, Azərbaycan Respublikasında icbari sığorta fəaliyyəti haqqında qanun, Yaşıl Kart sığortası, Avtomobillərin mülki məsuliyyət sığortası, Daşınmaz əmlakın icbari Sığortası haqqında nəzəri və praktiki tanışlıq, avtomoilin mülki məsuliyyətinin icbari Sığortasının nəzəri və praktiki tanışlıq və əmlakın icbari Sığortası haqqında nəzəri müzakirələr aparılmışdır. 


iki gün davam edən təlim nəzəri və praktik hissədən ibarət olmuşdur. O cümlədən, təlim zamanı gəncləri mövzu ilə bağlı maraqlandırılan sualları da cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR